"Gənc elçilər" üçün növbəti təlim keçirilib

5 Dekabr 2022

"Gənc elçilər" üçün növbəti təlim keçirilib

Gənc elçilər üçün hər həftə keçirilən silsilə təlimlərimiz davam edir.

 

Bu dəfə təlimçi Fəxri Məhəmmədzadənin iştirakı ilə "Liderlik və zamanın idarə edilməsi" mövzusunda təlim baş tutdu. 2 hissədən ibarət olan təlimdə gənc elçilər əvvəlcə zamanın düzgün bölünməsi və tapşılıqların müvafiq zaman çərçivəsində həyata keçirilməsi ilə bağlı məlumatlandırılımış, daha sonra isə bunun simulyasiyasında iştirak ediblər.

 

İkinci təlim isə ADA Universitetinin İctimai və Beynəlxalq Əlaqələr fakültəsinin dekanı Anar Vəliyev ilə "Beynəlxalq əlaqələrin qurulmasında etnik-siyasi fərqlərin nəzərə alınması" mövzusunda keçirilib. Təlimdə müxtəlif stereotiplərin formalaşmasının səbəbləri və onların cari cəmiyyətimizdə təzahürü, aradan qaldırılması yolları və siyasi münasibətlərdəki əksindən söhbət açılmışdır. Diskussiya şəklində davam edən təlimdə gənc elçilər onları maraqlandıran sualları ünvanlayıblar.