"Gənc Elçilər" proqramı çərçivəsində növbəti təlim sessiyası baş tutub
20 Dekabr 2022
"Gənc Elçilər" proqramı çərçivəsində növbəti təlim sessiyası baş tutub.
“Reallıqların dünyaya çatdırılmasında Wikipedia platformasının əhəmiyyəti və ondan doğru istifadə qaydaları” mövzusunda keçirilən təlimdə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" Metodik Mərkəzinin təlimçisi Nuray Tanrıverdiyeva məlumat vermişdir.
Təlim zamanı wikipedia platforması və bənzər platformalar, onlardan istifadə qaydaları, həmçinin sayta məqalələrin daxil edilməsi zamanı kodlaşdırma və nəzərə alınması vacib məqamlar barədə ətraflı müzakirələr aparılmışdır.
Qeyd edək ki, proqram AR Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə keçirilir.