"Gənc Elçilər" proqramı çərçivəsində Səməd Seyidovla görüş baş tutub
13 Dekabr 2022

"Gənc Elçilər" proqramı çərçivəsində növbəti görüş Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla baş tutub.
Görüş çərçivəsində Azərbaycanın xarici siyasəti, gənclərin beynəlxalq platformalarda təmsilçiliyi kimi məsələlər müzakirə olunub.
İnteraktiv formada davam edən görüş gənc elçilərin ünvanladığı sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, proqram AR Gənclər və İdman Nazirliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilir.