"Gənclər üçün Vətənpərvərlik və Milli Dəyərlər” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib
3 Dekabr 2022

“Gənclər üçün Vətənpərvərlik və Milli Dəyərlər” layihəsi çərçivəsində Bakı Avrasiya Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin hər birində 25-dən çox gənc üçün təlimlər yekunlaşıb.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən keçirilən layihənin məqsədi Azərbaycanın müxtəlif ali və orta ixtisas məktəblərində təhsil alan tələbə-gənclərin vətənpərvərlik tərbiyəsi, milli dəyərlər, dövlətçilik hissləri baxımından bilik və bacarıqlarını artırmaqdan ibarət olub.
Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi ilə NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqramı - 2.0 çərçivəsində keçirilir.