"Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində ilk görüş keçirilib
28 Fevral 2023

Bu gün "Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində ilk görüş keçirildi.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə baş tutan görüş zamanı layihənin gedişatı, keçiriləcək təlimlər müzakirə olunub.
Həmçinin görüşdə media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyindən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışılıb.
Qeyd edək ki, layihə AR Gənclər Fondu, AR Medianın İnkişafı Agentliyi və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçiriləcək.