"Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsinin ilk təlimi keçiriləcək
7 Mart 2023

Son müraciət tarixi: 8 Mart 2023
Əziz gənclər təşkilatlarının rəhbər və nümayəndələri,
"Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində ilk təlimimiz Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva ilə baş tutacaq.
“Uğurlu kommunikasiya strategiyasının qurulması və böhran vəziyyətlərində kommunikasiya” mövzusunda keçiriləcək təlim zamanı PR mencerlər mövzu üzrə məlumatlandırılacaq və yaranan suallar ətrafında müzakirələr aparacaqlar.
Layihədə ancaq iştirakı təsdiqlənmiş şəxslər iştirak edə bilər.
Qeyd edək ki, layihə AR Medianın İnkişafı Agentliyi, AR Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə həyata keçirilir.