"Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramının bağlanış mərasimi baş tutdu
8 İyul 2022

"Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramının bağlanış mərasimi baş tutdu.
Mərasimdə proqramın yekunlaşması səbəbi ilə, proqrama dair hesabat videoçarxı təqdim olunmuş, Milli Məclisin deputatı Cəbi Quliyev, Azərbayan Respublikası Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir Xəlilov və Azərbaycan Respublikasl Gənclər və İdman Nazirliyinin əməkdaşı Nisə Paşayeva çıxışlar etmişlər.
Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən proqram çərçivəsində layihələri dəstəklənmiş gənclər təşkilatlarının rəhbərləri çıxış etmişdirlər.
Məlumat üçün bildirək ki, "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" Proqramına yeni layihələrin qəbulu yaxın zamanda elan olunacaqdır.