"Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı - 2.0" üçün müraciətləri açıq elan edirik
10 Avqust 2022

Son müraciət tarixi: 30 Avqust 2022
Azərbaycan Respublikası Gənclər Təşkilatıarı Milli Şurası (NAYORA) “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı - 2.0 üçün müraciətlərin qəbulunu açıq elan edir. Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin inkişafına dəstək vermək və gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaqdır.
Proqram çərçivəsində 6 istiqamət üzrə layihələrin qəbulu nəzərdə tutulur. Qeyd edək ki, üzv təşkilatlar tərəfindən müraciət olunan və qalib elan olunacaq layihələrə NAYORA tərəfindən resurs dəstəyi göstəriləcək.
Layihələrin istiqamətləri:
- Gənclər təşkilatları tərəfindən gənclər arasında Vətənpərvərlik hisslərinin aşılanması və gənclərin Vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində layihələrin təşkili;
- Ətraf mühitin mühafizəsi – zərəli təsirlərin qarşısının alınması, ekoloji tarazlığın təmin olunması, həmçinin tullantılarla mübarizə üzrə təbliğat fəaliyyətlərinin genişləndirilməsində gənclərin aktiv iştirakçılığının artırılması;
- Yerli və beynəlxalq layihələrin yazılması və idarəedilməsi istiqamətində gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması ilə bağlı layihələrin təşkili;
- Gənclər arasında zərərli vərdişlərin aradan qaldırılması, sağlam həyat tərzinin təbliği istiqamətində layihələrin təşkili;
- Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi, sahibkarlıq haqqında məlumatlılıq səviyyəsinin artırılması və gənclərin sahibkarlıq fəaliyyətlərinə təşviq edilməsi istiqamətində layihələrin təşkili;
- Regionlarda fəaliyyət göstərən gənc ictimai liderlərin potensiallarının artırılması, yumşaq bacarıqlarının (soft skills) inkişaf etdirilməsi və idarəçi olaraq formalaşması istiqamətində layihələrin təşkili;
Aşağıdakı mövzular üzrə layihələrin qəbulu nəzərdə tutulmur:
- Proqram çərçivəsində maddi yardım, təhsil xərcinin ödənilməsi, xaricə səfərlə bağlı xərclər, həmçinin siyasi, dini və kommersiya məqsədli layihə təklifləri ilə müraciət edən təşkilatların müraciətlərinə baxılmayacaq
Layihələrin icrası üçün nəzərdə tutulan resurs dəstəyi:
- Layihələrin həyata keçirilməsi üçün layihələri qəbul olunmuş üzv gənclər təşkilatına 3000 AZN-dək resurs dəstəyi göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihənin icrası üçün nəzərdə tutulan bütün resurslar qalib elan edilmiş təşkilata NAYORA tərəfindən təqdim ediləcək.
Layihə təkliflərinin qəbulu tarixləri:
- Gənclər təşkilatları tərəfindən layihə təkliflərinin qəbulu 8 avqust 2022-ci il tarixindən 25 avqust 2022-ci il saat 18:00 tarixinədək həyata keçiriləcək.
Layihələrin icra müddəti:
- Layihələrin icrası maksimum 3 ay olmalıdır. Layihələrin icrasının başlanma tarixi 15 sentyabr 2022-ci il, bitmə tarixi 15 Dekabr 2022-ci il nəzərdə tutulur.
Qeyd 1: Proqrama yalnız NAYORA-ya üzv gənclər təşkilatları müraciət edə bilər.
Proqrama müraciət üçün sənədlər “Müraciət et” bölməsində yerləşdirilmişdir.
Müraciət üçün layhə forması [email protected] e-mail ünvanına göndərilməlidir.