"Gənclər Təşkilatlarının Hüquqi Savadlılığının Artırılması" layihəsi çərçivəsində ikinci görüş keçirilib
4 Fevral 2023

"Gənclər Təşkilatlarının Hüquqi Savadlılığının Artırılması" layihəsi çərçivəsində ikinci görüş Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov ilə baş tutdu.
“Gənclər təşkilatlarının nümayəndələrinin müqavilələrlə iş və ideyalarının təsdiqlənməsi üçün əqli mülkiyyət sahəsində savadlılığının artırılması” mövzusunda keçirilən görüş zamanı geniş müzakirələr aparılaraq təşkilat nümayəndələrinin ünvanladıqları suallar cavablandırılıb.
Qeyd edək ki, silsilə görüşlərdən ibarət layihə AR Vəkillər Kollegiyasının, AR Gənclər Fondunun tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir və əlavə 2 görüşün keçirilməsi planlaşdırılıb.