"Gənclərin İşə Hazırlıq Proqramı" layihəsinə qeydiyyat başladı

23 Fevral 2023

"Gənclərin İşə Hazırlıq Proqramı" layihəsinə qeydiyyat başladı

Son müraciət tarixi: 23 Fevral 2023

MÜRACİƏT ET

Əziz gənc!

Sən də lazımi bilik və bacarıqlara yiyələnib öz sahənin peşəkarı olmaq istəyirsənsə, o zaman bu layihə tam sənin üçündür!

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın tərəfdaşlığı və "Azərbaycan Gənclərinin nailiyyəti" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Gənclərin İşə Hazırlıq Proqramı" layihəsinə qeydiyyat başlamışdır.

👥Layihəyə III-IV kurs bakalavr və magistr tələbələri müraciət edə bilərlər.

Bu layihədə siz,

🔹Karyera planlaşdırılması;

🔹Əsas həyat bacarıqları;

🔹Peşəkar iş fəaliyyətinə hazırlıq;

🔹İş dünyası ilə tanışlıq

mövzularında təlimlər keçəcək və uğurlu iş adamları ilə görüşlərdə iştirak edəcəksiz.

📌*Qeyd:* Təlim proqramı 5 sessiyadan ibarətdir. Təlimlərin təşkili həftədə 1 dəfə həftəsonları nəzərdə tutulmuşdur.

Hər bir təlimdə iştirak mütləqdir!

📍 Təlimlər Bakı şəhərində offline qaydada keçiriləcək

⏳ Son qeydiyyat tarixi: 28 fevral 2023