"İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Layihə təkliflərinin hazırlanması" vebinarının ilk mərhələsi keçirildi.
2 Aprel 2020

Mingəçevir Gənclər Evi və "İşıqlı Gələcək" GİB-in birgə təşkilatçılığı il keçirilən "Layihə təkliflərinin hazırlanması" vebinarının ilk mərhələsi baş tutub. Vebinarın ilk günü fərdi layihələr üzrə təkliflərin hazırlanmasından danışılıb. Layihə təklifi hazırlanarkən diqqət yetirilməsi vacib olan məqamlar izah olunub. Vebinar zamanı gənclər layihəyə ad seçərkən hansı kriteriyalara diqqət etməli olduqlarını, məqsədlər və onlara nail olmaq istiqamətində qarşıya qoyulmuş vəzifələrin hansı formada müəyyənləşdiriləcəyini öyrənib. Eyni zamanda layihənin icra mərhələləri və görüləcək işlər, monitorinq və qiymətləndirilmə meyarları, onun davamlılığının təmin olunması istiqamətlərindən bəhs edilib.
#evdəqal-dıqları zaman layihə yazan gənclər mövzu ilə bağlı onları maraqlandıran sualları ünvanlayıb, çətinlik çəkdikləri məqamlarla bağlı məsləhət alıblar.
#ishiqligelecek #iggib #MingecevirGenclerEvi #MingecevirGE #MGE #BizBirlikdəGüclüyük