"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində bir qrup kənd sakinin sahibkarlıq obyektlərinə baxış keçirilib.

4 Fevral 2021

"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində bir qrup kənd sakinin sahibkarlıq obyektlərinə baxış keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi uğurla davam edir. Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafına, məşğulluğa və əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində İsmayıllı rayonunun Buynuz və Topçu kəndlərindən uğurla qeydiyyatdan keçmiş bir qrup kənd sakininin sahibkarlıq obyekti kimi istifadə edəcəkləri evlərinə və ərazilərinə baxış da keçirilib. Baxış zamanı evlərin ümumi şəraiti, təmir və avadanlıq ehtiyacları müzakirə edilib.

Qeyd edək ki, layihə nəticəsində 15 sahibkarlıq subyekti təsis olunacaq, 60 nəfərə yaxın şəxsin məşğulluq problemi həll olunacaqdır.