"KORONAVİRUS PANDEMİYASI: qazandıqlarımız və itirdiklərimiz" mövzusunda virtual debat!

11 May 2020

"KORONAVİRUS PANDEMİYASI: qazandıqlarımız və itirdiklərimiz" mövzusunda virtual debat!

DVC-nin Milli Debat Proqramının təşkilatçılığı, MZ production tərəfdaşlığı ilə keçiriləcək virtual debatın məqsədi koronavirus pandemiyasının sahələrə təsirlərini müzakirə etmək, müxtəlif mövqeləri təqdim etməkdir.

Virtual debat 11 may 2020-ci il, saat 17:00-da "DVC" facebook səhifəsində yayımlanacaq.

Moderator: Abbasağa Əlizadə
Məzun debatçılarımız: Röya Məmmədova və Elmar Yusifov
Tarix: 11 may 2020-ci il
Saat: 17:00

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin əsas missiyası gənclərin, tələbələrin maarifləndirilməsi və təhsilin inkişafına xidmət göstərmək, dəyişikliklərə imkan yaratmaq, təşəbbüsləri dəstəkləməkdir. 20 ildən çox fəalyyət göstərən İctimai Birlik 13 Regional Mərkəzi əhatə edir, indiyədək dövlət və beynəlxalq əhəmiyyətli 500-dən çox tlayihə, tədbirin təşkilatçısı olmuşdur və 45 mindən çox üzrə malikdir.