"Medianın qadın zorakılığına təsiri" adlı üçüncü ictimai müzakirənin spikerlərini daha yaxından tanıyaq!

24 İyun 2020

"Medianın qadın zorakılığına təsiri" adlı üçüncü ictimai müzakirənin spikerlərini daha yaxından tanıyaq!

NAYORA və "Gender Talks" təşəbbüs qrupunun təşkilatçılığı ilə baş tutacaq "Medianın qadın zorakılığına təsiri" adlı üçüncü ictimai müzakirənin spikerlərini daha yaxından tanıyaq!

➡️Nisə Hacıyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olub. Daha sonra İtaliyanın Turin şəhərində Beynəlxalq Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət araşdırma İnstitutunun (UNICRI) Beynəlxalq Cinayət və Ədalət proqramı üzrə magistr dərəcəsi alıb. Nisə Hacıyeva beynəlxalq və yerli təşkilat, layihə və təşəbbüslərdə iştirak etmiş və təlimlər keçmişdir. Hal hazırda elm fəlsəfəsi və gender sahələrində araşdırmalar edir.

➡️Pərvanə Məmmədova 1999-cu ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Amerikanın Boston şəhərində Harvard Kennedi Dövlət İdarəçilik Məktəbi və “Hunt Alteratives” fondunun qlobal təşəbbüsü - "Sülh uğrunda mübarizə edən qadınlar" layihəsinin yaradıcısı olmuşdur. 2005-ci ildə Avstriyadakı Sülh və Münaqişələrin Həllini Öyrənmə Tədqiqat Mərkəzində (ASPR) Beynəlxalq Mülki Sülh və Sülh Quruculuğu üzrə Təlim Proqramında (IPT) iştirak etmişdir. 2010-cu ildə İngiltərənin “Derby Corporate” Universitetində “Telecoms Mini MBA” proqramını bitirmişdir.

Pərvanə, gənc qadın və qızların bərabərliyi və özünə inamı və mədəniyyətlərarası sülhün bərqərar olması üçün yeni strategiya və proqramlar üzərində çalışan bir feminist təşkilatın - YUVA Mərkəzinin qurucusudur.
Xüsusilə gənclər siyasəti və sosial inkişaf, gender siyasəti və qadınlara qarşı zorakılıq, korporativ ünsiyyət və potensialın gücləndirilməsi üzrə hökumətlərarası, qeyri-hökumət təşkilatları və biznes şirkətləri ilə 20 ildən çox mütərəqqi iş təcrübəsinə malikdir.

➡️Zümrüd Cəlilova Hutton Facebook-da Gender Talks adlı sosial platformanın təsisçisidir. Böyük Britaniyanın Bristol Universitetində Gender və Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsini alıb. Zümrüd Cəlilova Hutton Cenevrədə yerləşən BMT-in Avropa ölkələri üzrə İqtisadi Komissiyasında (UN ECE) təcrübə proqramı keçmişdir, həmçinin Riga Graduate School of Law universitetinin, Avropa Hüququ və İqtisadiyyatı mövzusunda mütərəqqi programının məzunudur. 2019 ildə, o "Sosial Təsir" üzrə Britan Məzunu mükafatını qazanıb və qlobal finalist seçilib. Zümrüd Bakı Dövlət Universitetində "Genderə giriş" fənnini tədris edib.

Zümrüd Cəlilova Hutton Equals komandası ilə birgə "Cəsur Qızlar" kitabını ərsəyə gətirerek Azərbaycanın 7-dən çox bölgəsində 4000-dən artıq nüsxə paylanılıb.

Qeydiyyat üçün link:

https://www.facebook.com/events/965100300597786/?active_tab=discussion

#QadınZorakılığınaYox #LetYourVoiceBeHeard