"Odlar Yurdu” GİB-in üzvlərindən təşkil edilmiş İctimai Maarifləndirmə qrupları Bakıda şəhər sakinləri arasında COVİD19 ilə mübarizənin təbliğini həyata keçiriblər.
25 Fevral 2021

"Odlar Yurdu” GİB-in üzvlərindən təşkil edilmiş İctimai Maarifləndirmə qrupları Bakıda şəhər sakinləri arasında COVİD19 ilə mübarizənin təbliğini həyata keçiriblər. Həmçinin vaksinasiya prosesinin vacibliyi ilə bağlı da məlumatlandırma həyata keçirilib. Gəncləri sorğuya cəlb etməklə də cari mövzulara diqqət çəkilib.
📌 Qeyd etmək istərdik ki, İctimai Maarifləndirmə qrupları Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 30 gənclər təşkilatının iştirakıyla 12 şəhər və rayonda karantin qaydalarına uyğun olaraq fəaliyyətə başlayıblar. "İctimai Maarifləndirmə qruplarından biridə məhz OYGİB-dir.