"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinin ikinci fazası Samux gəncləri üçün keçirildi
25 Aprel 2022

"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinin ikinci fazası Samux gəncləri üçün keçirildi.
Layihənin məqsədi Gəncə şəhəri, Samux və Göygöl rayonlarında yaşayan və ya təhsil alan gənclərin layihə hazırlanması və idarə edilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, o cümlədən öz ideyalarını praktik olaraq layihə formasına salmaqda onlara dəstək olmaqdır.
Qeyd edək ki, layihənin sonuncu fazası Göygöl gəncləri üçün keçiriləcək.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Gələcəyə Körpü Gənclər İctimai Birliyi tərəfindən keçirilir.