"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinin ilk fazası Gəncə gəncləri üçün keçirildi

18 Aprel 2022

"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinin ilk fazası Gəncə gəncləri üçün keçirildi

"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinin ilk fazası Gəncə gəncləri üçün keçirildi. 🤩

Layihənin məqsədi Gəncə şəhəri, Samux və Göygöl rayonlarında yaşayan və ya təhsil alan gənclərin layihə hazırlanması və idarə edilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, o cümlədən öz ideyalarını praktik olaraq layihə formasına salmaqda onlara dəstək olmaqdır.

Qeyd edək ki, layihənin ikinci və üçüncü fazası Samux və Göygöl gəncləri üçün keçiriləcək.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Gələcəyə Körpü Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir.