"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinin üçüncü fazası Göygöl gəncləri üçün keçirildi
2 May 2022

"Region gənclərinin layihə ideya və təşəbbüslərinin artırılmasına dəstək" layihəsinin üçüncü fazası Göygöl gəncləri üçün keçirildi və bununla da layihə uğurla yekunlaşdı.
Layihənin məqsədi Gəncə şəhəri, Samux və Göygöl rayonlarında yaşayan və ya təhsil alan gənclərin layihə hazırlanması və idarə edilməsi istiqamətində bilik və bacarıqlarının artırılması, o cümlədən öz ideyalarını praktik olaraq layihə formasına salmaqda onlara dəstək olmaqdır.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Gələcəyə Körpü Gənclər İctimai Birliyi tərəfindən keçirildi.