"Sağlam Düşüncə Gənclər Təşkilatı" İctimai Birliyinin təsisçisi Ramiz Əliyevin təqdimatında "Avropa Həmrəylik Korpusu və Erasmus+ haqqında təlim” mövzusunda onlayn vebinar baş tutdu.
10 Aprel 2020

8 aprel 2020-ci il tarixində "Sağlam Düşüncə Gənclər Təşkilatı" İctimai Birliyinin təsisçisi Ramiz Əliyevin təqdimatında "Avropa Həmrəylik Korpusu və Erasmus+ haqqında təlim” mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın məqsədi iştirakçılara Erasmus+ və Avropa Həmrəylik Korpusu barəsində maarifləndirici məlumatlar vermək olmuşdur.
Onlayn vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- Erasmus+ və Avropa Həmrəylik Korpusuna müraciət qaydaları;
- Avropa İttifaqının gənclər üçün proqramları;
- Erasmus+ və Avropa Həmrəylik Korpusunun əhatə etdiyi ölkələr və s.
Onlayn vebinarda gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinarın sonunda Ramiz Əliyev iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.
Vebinarı izləmək üçün link:
https://youtu.be/oGHuuFDXtMw