"Şahmatda Onlayn Gediş" layihəsinə yekun vurulub!

11 May 2020

"Şahmatda Onlayn Gediş" layihəsinə yekun vurulub!

"Şahmatda Onlayn Gediş" layihəsinə yekun vurulub.♟

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn şahmat turnirinə yekun vurub.

📌İlk öncə yarış iştirakçılarının iştirakı ilə turnirin online açılış mərhələsi həyata keçirilib. İştirakçılara turnirin keçirilmə məqsədi, qaydaları haqqında məlumat verilib.

Daha sonra turnirin seçmə mərhələsi baş tutub.

📌111 şahmatçının iştirak etdiyi seçmə mərhələnin sonunda 10 şahmatçı finala vəsiqə qazanıb.

10 may tarixində baş tutan final mərhələsində 9 oyundan

8.5 xal toplayan Qədimbəyli Abdulla 1️⃣-ci,

8 xal toplayan Bəşirli Nail 2️⃣-ci,

6.5 xal toplayan Talıbov Şiroğlan 3️⃣-cü yeri qazanıb.

Yarışın hakimi Beynəlxalq usta, Azərbaycanın Əməkdar məşqçisi, Beynəlxalq hakim Orxan Abdulov olub. Bütün oyunlar diqqətlə izlənilib, beynəlxalq yarış qaydalarına əməl edilib.

Qeyd edək ki, ilk yerin qalibinə 🏆 Magnus Carlsen şahmat dəsti (Şahmat lövhəsi və şahmat saatı), ikinci və üçüncü yerin qaliblərinə Şahmat lövhəsi hədiyyə 🎁 olunacaq. Əlavə olaraq yarışda iştirak etmiş 14 yaşadək bütün şahmatçılar Əməkdar məşqçi Orxan Abdulovun 2 qrup dərsində ödənişsiz iştirak edə biləcəklər.

Qalibləri təbrik edir, bütün iştirakçılara uğurlar arzu edirik!

#CAVAN #ATGTİ #evdəqal #evdəmən