"Sosial şəbəkələrdən düzgün istifadə edək!" layihəsinin birinci fazası uğurla yekunlaşdı
11 Aprel 2022

Biləsuvar Yeniyetmə və Gənclər İB ilə birlikdə "Sosial şəbəkələrdən düzgün istifadə edək!" layihəsinin birinci fazası uğurla yekunlaşdı.
Layihənin ikinci fazası Cəlilabad gəncləri üçün keçiriləcək.
Gənclərin sosial şəbəkələrdən effektiv istifadəsini təmin etməklə düzgün informasiya mədəniyyətinin formalaşmasını təmin etmək və zamanlarının doğru şəkildə bölüşdürülməsinə nail olmaq layihənin əsas məqsədidir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilir.