"Sosial şəbəkələrdən düzgün istifadə edək!" layihəsinin birinci fazasına start verdik

7 Aprel 2022

"Sosial şəbəkələrdən düzgün istifadə edək!" layihəsinin birinci fazasına start verdik

Biləsuvar Yeniyetmə və Gənclər İB ilə birlikdə "Sosial şəbəkələrdən düzgün istifadə edək!" layihəsinin birinci fazasına start verdik. 🤩

Layihənin əsas məqsədi gənclərin sosial şəbəkələrdən effektiv istifadəsini təmin etməklə düzgün informasiya mədəniyyətinin formalaşmasını təmin etmək və zamanlarının doğru şəkildə bölüşdürülməsinə nail olmaqdan ibarətdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində həyata keçirilir.