"Ucqar Kənd Gənclərinin İnkişafında Gənclər Təşkilatlarının Rolu" layihəsini yekunlaşdırdıq
27 Avqust 2021

"Ucqar Kənd Gənclərinin İnkişafında Gənclər Təşkilatlarının Rolu" layihəsini yekunlaşdırdıq
Layihə çərçivəsində son səfərimiz Gədəbəy rayonunun Şınıx kəndinə oldu. Səfər ərzində Erasmus Tələbə Şəbəkəsi- Azərbaycan İctimai Birliyi ilə #Birlikdə Şınıx kəndinin gəncləri üçün müxtəlif faydalı təlimlər, praktik bacarıqlar əldə etmələri üçün vörkşoplar və simulyasiya oyunları həyata keçirdik.
Məlumat üçün qeyd edək ki, layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır.
Bildirmək istərdik ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirildi.