"Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu" layihəsinin infosessiyası keçirilmişdir.

14 İyul 2021

"Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu" layihəsinin infosessiyası keçirilmişdir.

Yeni layihə ilə qarşınızdayıq 🤩

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçiriləcək "Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu" layihəsinə start verilir.

Layihə çərçivəsində bir sıra rayonların ucqar kəndlərinə səfər olunaraq gənclər üçün müxtəlif təlimlər və vörkşoplar keçiriləcək.

Layihənin həyata keçirilməsi istiqamətində 13 iyul tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində infosessiya keçirilmişdir.

İnfosessiya zamanı layihə haqqında ümumi məlumatlar verilmiş, əsas məqsədlər və qarşıya qoyulmuş hədəflər müzakirə olunmuşdur.