"Youth4Regions" layihəsinə sən də qoşul!
26 May 2021

Son müraciət tarixi: 12 İyul 2021
Yeni başlayan jurnalistlərin nəzərinə!
“Youth4Regions” layihəsi sizlər üçündür.
“Youth4Regions” Jurnalistika fakültəsi tələbələri və gənc jurnalistlər üçün Avropa Komissiyasının təqdim etdiyi bir proqramdır.
Proqram çərçivəsində:
Jurnalistika və Avropa İttifaqının regional siyasətinə dair təlimlər;
Ölkənizdən gəlmiş jurnalistlərdən mentorluq almaq şansı;
Avropa İttifaqı Regional Həftəsi çərçivəsində tanınmış jurnalistlərlə birlikdə işləmək şansı;
Avropa İttifaqı media qərargahına və qurumlarına həftəlik səfərlər;
Yaşayış və səyahət xərcləri Avropa Komissiyası tərəfindən qarşılanır.
Tələblər:
Jurnalistika sahəsində təməl biliklərə sahib olmaq (təhsil və ya 2 ilə qədər təcrübə);
18 və 30 yaş arası Avropa İttifaqı və ya qonşu ölkə vətəndaşı olmaq.
#NAYORA #GənclərTəşkilatları #EuropeanUnion #Birlikdə