"YouthLand23" Beynəlxalq Gənclər Günün tədbirimiz keçiriləcək
10 Avqust 2023

Son müraciət tarixi: 11 Avqust 2023
Əziz gənclər, sizə möhtəşəm xəbərimiz var! 🤩
12 avqust Beynəlxalq Gənclər Gününü bizimlə #birlikdə keçirmək istəyirsiniz? 💥
Elə isə qarşılayın, “YouthLand23” Beynəlxalq Gənclər Günü layihəsi. 🤩
Ölkəmizdə yaşayan, təhsil alan və ya işləyən beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələri təmsil edən gənclərlə şəbəkələşmək, sessiya və təlimlərdə iştirak edərək bilik, bacarıqlarınızı artırmaq, həmçinin Gənclər Təşkilatlarının sərgisində və partidə iştirak edərək əylənmək istəyirinizsə bu layihə sizin üçündür!
12 avqust tarixində AR Gənclər və İdman Nazirliyi, AR Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüşlər sessiyası, daha sonra isə əyləncəli parti baş tutacaq.
⏳Qeydiyyat üçün son tarix 11 avqust, 2023-dür.
📍Qeyd 1: Qeydiyyat üçün link bioda yerləşdirilib.
📍Qeyd 2: Yerlər məhdud olduğu üçün ancaq müraciətinə geri dönüş edilmiş şəxslər layihədə iştirak edə biləcəklər.
📍Qeydiyyatdan keçməyə tələsin!