10-cu Youth Speak Forum baş tutub

21 Fevral 2023

10-cu Youth Speak Forum baş tutub

18 Fevral 2023-ci il tarixində tarixində 10-cu Youth Speak Forum AIESEC Azərbaycanın təşkilatçılığı ilə baş tutdu.

NAYORA-nın sədri Azər Əliyev Panel diskusiyasında spiker qismində çıxış edib.

Youth Speak Forum-un əsas məqsədi gəncləri bir araya toplayaraq müxtəlif mövzular üzrə diskussiyalar aparmaq və gənclərin baxış çərçivələrini genişləndirməkdir.

Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan çıxışların yer aldığı Youth Speak Forumda bu dəfə #SDG4- “Keyfiyyətli Təhsil, #SDG8- “Layiqli Əmək və İqtisadi artım” mövzuları müzakirə olundu.

Həmçinin təşkilatların sərgisində NAYORA-nın stendi də öz yerini alıb.