11 avqust 2021-ci il tarixində Gənclər Təşkilatlarının rəhbərləri ilə II panel görüşü keçirildi.
11 Avqust 2021

11 avqust 2021-ci il tarixində Gənclər Təşkilatlarının rəhbərləri ilə II panel görüşü keçirildi.
Bu sessiyamızın müzakirə mövzusu “Həssas qrupdan olan gənclərin ictimaiyyət arasında adaptasiyası və bu prosesdə gənclər təşkilatlarının rolu, həmçinin bu istiqamətdə layihələrin hazırlanması” oldu.
Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr apardıq, gəncləri təşkilatlar tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlandırdıq və sonda yönəldilən sualları cavablandırdıq, həmçinin təklifləri qeydə aldıq.
Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Dəvətimizi qəbul etdikləri və maraqlı müzakirələr üçün dəyərli spikerlərə öz minnətdarlığımızı bildiririk.
Bildirmək istərdik ki, görüşlər mütəmadi olaraq davam edəcək.
Bizi izləmədə qalın!
Azərbaycan Əlil Velosipedçilər Dəstək İctimai Birliyi- Amid Həsənquliyev
İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyi- Araz Əhmədov
Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi- Nailə İsmayılova
Odlar Yurdu Gənclər İctimai Birliyi- Nigar Ələsgərova