12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə "Gənclər Birlik Naminə" tədbiri keçirilib
12 Avqust 2022

12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə "Gənclər Birlik Naminə" tədbiri keçirilib.
Rəsmi hissə NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu və NAYORA-nın sədri Azər Əliyev, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun İcraçı direktonunun müavini Qədir Xəlilov açılış nitqləri ilə davam edib.
Daha sonra “Gənclərin inkişafında beynəlxalq gənclər təşkilatlarının rolu: imkanlar və çətinliklər” mövzusunda panel müzakirəsi baş tutub. Paneldə İCYF ERC-nin baş icraçı direktoru vəzifəsinin icraçısı Vüsal Qurbanov, Azərbaycanın Tələbə və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və AIESEC Azərbaycanın prezidenti Rəsul Göyüşov spiker qismində iştirak ediblər.
Görüşdə 15-dən çox ölkənin 40-a yaxın gənci, həmçinin beynəlxalq platformalı gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbir Gənclər Fondu ilə #birlikdə BMT-nin Azərbaycan ofisinin, AIESEC Azərbaycanın və AEGEE Bakının tərəfdaşlığı ilə NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilib.