12 Dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 Dekabr 2020

12 Dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür

🔹12 Dekabr xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu gün də Azərbaycan xalqı, gəncliyi olaraq Ulu Öndərin bizlərə miras qoymuş olduğu bəşəri izləri uğurlu addımlarla davam etdiririk.

Bu gün ərzində sizlərə Ulu Öndərimizin xalqımıza olan nəsihətlərinin bugünki siyasətimizdə rolunu sizə təqdim edəcəyik.

1) Ümumilli Lider Heydər Əliyev deyib:

Azərbaycan dünya birliyində öz yerini tapıb və hər yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir. Xarici siyasətimiz dünyada rəğbətlə qarşılanıb və biz bu siyasətimizi davam etdirəcəyik.

 

Bu vəsiyyətin uğurlu nəticəsi olaraq cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasətimiz 44 günlük müharibə müddətində də öz əhəmiyyətli rolunu nümayiş etdirdi. Qoşulmama Hərəkatı üzvlərinin səyi nəticəsində BMT TŞ-də Azərbaycanın əleyhinə olan bəyanat qəbul edilmədi.

 

2) Ümumilli Lider Heydər Əliyev deyib:

Biz son 200 ilin tarixini yenidən öyrənməliyik.

 

Ulu öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi tarixi, xalqımızın məhv edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir. Prezident İlham Əliyev bu vəsiyyəti yerinə yetirərək, Tarix İnstitutunun elmi istiqamətini son 200 ilin tarixinin yenidən yazılmasına, Azərbaycan tarix elminin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsinə yönəltdi.

 

3) Ümumilli Lider Heydər Əliyev deyib: 

 

Biz heç vaxt ərazimizin bir qarışının da belə heç kəsə verilməsinə razı olmayacağıq. İşğal olunmuş torpaqlar nəyin bahasına olursa olsun azad ediləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunacaq.

 

O bu sözləri deyərkən xüsusilə əzəli Azərbaycan torpaqlarını işğal edərək yerləşmiş Erməni xalqına öz mesajını verirdi. Ölkə Prezidentimiz cənab İlham Əliyev Ümumilli Liderin dediyi nəsihəti yerinə yetirmiş və torpaqlarımızı işğaldan azad edərək, əzəli sahiblərinin, Azərbaycan xalqının öz torpaqlarına geri qayıtmasını təmin etmişdir.


 

4) Ümumilli Lider Heydər Əliyev deyib: 

 

Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir.

 

Ulu öndərin bu sözləri deyərək uzaqgörən siyasəti ilə gələcək nəsillərin ölkəmizin inkişafında böyük rol alacağını nəzərdə tuturdu. Bu nəsihətin yerinə yetirilməsi üçün Prezident İlham Əliyev ölkə gənclərimizə daim diqqət yetirmiş, ölkəmizin inkişafında gənclərinin rolunu artırmaq üçün aparıcı strukturlarda xüsusi yer ayırmış, yüksək idarəedici vəzifələrə təyin etmiş, ölkə gələcəyinin gənclərin əlində olduğunu və onlara olan inam, etibarın nə qədər yüksək olduğunu bir daha sübut etmişdir.

 

5) Ümumilli Lider Heydər Əliyev deyib:

 

Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur.

 

Ümumilli Liderin bu cümləni deyərək verdiyi nəsihətlərə uyğun olaraq Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikultiralizm ili” olaraq təyin etmiş, dünya üzrə beynləxalq tədbirlərin ölkəmizdə keçirilməsini və ölkə mədəniyyətimizin tanıdılması istiqamətində beynəlxalq arenalarda təmsilçiliyi təmin etmişdir.

 

Ulu Öndər Heydər Əliyevi hörmətlə anırıq.