16 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisi baş tutacaq

4 Sentyabr 2020

16 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisi baş tutacaq

Son müraciət tarixi: 12 Sentyabr 2020

Gənclər Təşkilatlarının rəhbər və nümayəndələri!

🗓 16 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məclisi baş tutacaq.

Bu səbəblə, ARGTMŞ-na üzv olan bütün gənclər təşkilatlarının rəhbərlərini qeydiyyatdan keçməyə dəvət edirik.

 

Məclisin gündəliyinə aşağıdakı məsələlər daxil olacaqdır:

 

1) Yeni üzvlərin qəbul edilməsi və digər mühüm məsələlərin müzakirə olunması;

2) ARGTMŞ-nın assosiativ və tamhüquqlu üzvlüyünə müraciətlərə baxılması və səsvermə;

3) Cari məsələlərin müzakirəsi.

 

Məclisdə iştirak edəcəyinizi təsdiq etmək məqsədi ilə 12 sentyabr 2020-ci il, saat 18:00-dək aşağıda yerləşdirilən qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Hər bir təşkilat sədri ilə yanaşı təşkilatın daha bir gənc nümayəndəsinin Məclisdə iştirakı arzuolunandır.

 

Təşkilat rəhbərinin iştirakı mümkün olmadıqda tədbirdə iştirakı nəzərdə tutulan əsas nümayəndəyə təşkilat rəhbəri tərəfindən səsvermə hüququnun ötürülməsi ilə bağlı yazılı vəkalətnamə verilməlidir. Vəkalətnamə, təşkilat rəhbərinin imzası və təşkilatın möhürü ilə olmalıdır. Vəkalətnamə 12 sentyabr 2020-ci il 18:00-a qədər secret[email protected] e-mail ünvanına göndərilməlidir. 

 

Qeyd: Milli Şuranın Nizamnaməsinin 2.8 maddəsinə əsasən, üzv təşkilat, Gənclər Təşkilatları Milli Şuranın Məclislərində 3 dəfə iştirak etmədikdə Milli Şuraya üzvlüyünə xitam verilir.

 

➡️Qeydiyyat üçün link:🔻

🔗https://bit.ly/3bggfDo

 

🗓❗ Qeydiyyat üçün son tarix: 12 sentyabr 2020-ci il

🗓 Məclisin tarixi: 16 sentyabr 2020-ci il

📍 Məclisinin keçiriləcəyi platforma: Zoom.us

#NAYORA #Məclis #YouthPolicy #YouthStrategy