20-ə yaxın Avropa təşkilat nümayəndələrinin Azərbaycana tanışlıq səfəri baş tutub

19 Dekabr 2021

20-ə yaxın Avropa təşkilat nümayəndələrinin Azərbaycana tanışlıq səfəri baş tutub

 

“Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı ilə 20-ə yaxın Avropa təşkilat nümayəndələrinin Azərbaycana tanışlıq səfəri baş tutmuşdur.

Səfər çərçivəsində layihə iştirakçıları Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Gənclər Təşkilatlarının Resurs Mərkəzini ziyarət ediblər. Onlara təşkilatın iş prinsipləri, icra etdiyi layihələr və strukturu haqqında, həmçinin Mərkəzin fəaliyyətləri barədə ətraflı məlumatlar verilib.