20 Yanvar Faciəsinə həsr olunmuş görüş keçirilib

18 Yanvar 2023

20 Yanvar Faciəsinə həsr olunmuş görüş keçirilib

Bu gün Gənclər Təşkilatlarının Resurs Mərkəzində 20 Yanvar Faciəsinə həsr olunmuş görüş keçirilib.

“20 Yanvar Cəmiyyəti"nin üzvləri, həmçinin faciənin şahidləri olan İbrahimli Vəfadar, Şərifzadə Gülağa və Əhmədov Namiqin iştirakı ilə keçirilən görüşdə onlar öz şahidi olduqları hadisələri bölüşüb və təşkilat nümayəndələrinin ünvanladıqları sualları cavablandırıblar.

Görüşün təşkilində əsas məqsəd xalqımızın azadlığa qovuşmasında mühüm rol oynamış bu tarixi hadisə, qəhrəmanlıq tarixi ilə bağlı gənclərin məlumatlılığını daha da artırmaq olub.

Allah şəhidlərimizə rəhmət eləsin!