20 Yanvar

20 Yanvar 2022

20 Yanvar

Bu gün 20 Yanvar faciəsinin 32-ci ildönümüdür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsini XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror adlandırmışdı

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.