2021-2023-cü illəri əhatə edəcək növbəti Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin seçim mərhələsi davam edir
4 Mart 2021

Son müraciət tarixi: 10 Mart 2021
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndələyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində 2021-2023-cü illəri əhatə edəcək növbəti Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin seçim mərhələsini açıq elan edir!
Bildiyiniz kimi, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü 2018-ci ildə irəli sürülmüş və Azərbaycanda ilk dəfə olaraq DİM üzrə 17 Gənc Səfir seçilmişdir.
2018-2020-ci illər ərzində 17 Gənc Səfir könüllü əsaslarla Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təbliğinə, DİM-lərə nail olmaq üçün gənclərin iştirakının təşviqinə, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına və ölkədə DİM-lərlə əlaqəli təşəbbüslərin həyata keçməsinə töhfə vermişlər. Məhz onların fəaliyyətlərinin nəticəsi olaraq, Azərbaycanda yüzlərlə gənc DİM-lərdən xəbərdar olmuş və qlobal məqsədlər üçün hərəkətə keçmişdir.
Beləliklə, hər birinizi DİM üzrə Gənc Səfir olmağa və qlobal məqsədlərə nail olmaq yolunda birgə fəaliyyət göstərməyə dəvət edirik!
Yetər ki, heçkəs kənarda qalmasın!
Son müraciət tarixi 2 mart 2021-ci ildir.