22 dekabr tarixində VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib

23 Dekabr 2020

22 dekabr tarixində VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib

📌22 dekabr tarixində VIII Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib.

Gənclər təşkilatları və gənclərin iştirakı ilə keçirilən Forumda Gənclər Təşkilatları Milli Şurasını sədri Azər Əliyev sədr müavini Rafael Hacıbəyli ilə birlikdə ölkəmizi təmsil etdi.

Eyni zamanda, NAYORA-nın üzv təşkilatlarının üzvləri plenar bölmələrdə çıxış edərək, həyata keçirilən layihələr haqqında məlumat verib, təcrübə və fikir mübadilələri apardılar.

VIII Azərbaycan-Rusiya Gənclər Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiya Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasının birgə təşkilatçılığı ilə keçirildi.

#MysAz #NAYORA #BizBirlikdeGucluyuk