27 avqust 2021-ci il tarixində Gənclər Təşkilatlarının rəhbərləri ilə III panel görüşü keçirildi.

27 Avqust 2021

27 avqust 2021-ci il tarixində Gənclər Təşkilatlarının rəhbərləri ilə III panel görüşü keçirildi.

27 avqust 2021-ci il tarixində Gənclər Təşkilatlarının rəhbərləri ilə III panel görüşü keçirildi.

Bu sessiyamızın müzakirə mövzusu “Gənclər təşkilatlarında qazanılan təcrübə və bu təcrübənin gənclər üçün əhəmiyyəti” oldu.

Görüş çərçivəsində irəli sürülmüş mövzu ətrafında müzakirələr apardıq, gəncləri təşkilatlar tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumatlandırdıq və sonda yönəldilən sualları cavablandırdıq, həmçinin təklifləri qeydə aldıq.

Məlumat üçün qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Dəvətimizi qəbul etdikləri və maraqlı müzakirələr üçün dəyərli spikerlərə öz minnətdarlığımızı bildiririk.

Bizi izləmədə qalın! 

1. Hafiz Əzəmmədov- Azərbaycan Gənc Marketoloq-Reklamçılar İctimai Birliyi

2. İntiqam Cavanşir- Dünya Gənc Türk Yazarlar Birliyi İctimai Birliyi

3. Müqamət Əliyev- Gənc Vətənpərvərlər İctimai Birliyi

4. Tünzalə Cavadova- Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyi

5. Zülfiyyə Nuriyeva - Gənclərin Həmrəyliyi İctimai Birliyi