27 sentyabr
27 Sentyabr 2021

27 sentyabr 2020-ci il – mənfur Ermənistanın növbəti təcavüzünə qarşı torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin ilk, Şəhidlərimizin Anım Günüdür.
Bu tarix hər dəqiqəsi, hər saatı anbaan qəhrəmanlıqlarla dolu Şəhidlərimizin müqəddəs xatirə günüdür. 44 günlük Vətən müharibəsində igid oğul və qızlarımız, gənc əsgər və zabitlərimiz döyüşlərin ön sıralarında öz şücaətlərini göstərdilər, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırdılar.
Gənc nəsil kimi torpaq sevgisinin ağırlığını çiyinlərinə götürmüş Azərbaycan övladları bu Vətən imtahanından da ləyaqətlə çıxdılar. Xalqımız işğalda olan torpaqlarımızın şəhid və qazilərimizin qanı və canı bahasına azad olunduğunu heç vaxt unutmayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!