28 May Respublika gününə həsr olunmuş onlayn intellektual turnir keçiriləcək!
16 May 2020

Son müraciət tarixi: 21 May 2020
İntellektual oyun həvəskarı olan gənclərin nəzərinə!
Zoom proqramı vasitəsilə ilk dəfə intellektual oyun formatında turnir
28 May Respublika Gününə həsr olunmuş fərdi “İSTİQLAL” turniri
Əziz gənclər, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şərqdə ilk demokratik respublika adına sahib AZƏRBAYCANımızın tarixinin əlamətdar gününə - 28 May Respublika Gününə həsr olunmuş ilk dəfə olaraq onlayn formatda intellektual turnir keçiriləcək.
Turnirdə 14-29 yaşlarında olan, respublikasının istənilən bölgəsindən olan gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilər.
Yarışda ilk qeydiyyatdan keçmiş 50 nəfər gənc iştirak haqqı qazanacaq.
Şərtlər:
Yarışda Nə? Harada? Nə zaman? formatında 12 sual həm səsli, həm də proqramın çat bölməsində yazılmaqla təqdim olunacaqdır.
Suallara cavab vermək üçün hər bir oyunçuya NHN oyununun qaydalarına uyğun olaraq 1 dəqiqə vaxt veriləcəkdir.
1 dəqiqə ərzində suallara cavablar Zoom proqramının çatı vasitəsilə moderatorun şəxsi çatı pəncərəsində qeyd olunmalıdır. Hər bir gənc bir cavab yaza bilər. İkinci dəfə yazılan cavablar qəbul edilməyəcəkdir.
Hər doğru cavab 1 balla qiymətləndiriləcəkdir.
Yekunda ən çox xal toplamış oyunçu qalib adını qazanacaqdır.
Müvafiq olaraq qalibdən az bala sahib oyunçular ikinci və üçüncü mükafata sahib olacaqdır.
İlk 3 yeri tutan oyunçular təşkilat tərəfindən elektron qaydada diplomla təltif olunacaqdır.
Son qeydiyyat tarixi:
21 may 2020-ci il, saat 20.00
Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSd-MfnBU9R4kl0wr2QO4e3PIJJnkxmXfUwNeO6zhe-N3YN1oQ/viewform