35 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.

26 Aprel 2021

35 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.

35 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu, bütün dünyanın atom energetikası tarixində ən böyük qəza idi. Bu gün Çernobıl faciəsi ilə əlaqədar Ümumdünya anım günü qeyd olunur. Bu, fəlakət qurbanları, nüvə qəzalarının təhlükələri və Çernobıl qəzasının uzunmüddətli nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini daim xatırlatmağa yönələn addımdır.

Lakin ermənistanın köhnə Metsamor Atom Elektrik Stansiyası(Çernobıl Atom Elektrik Stansiyası ilə eyni texnoloqiyada inşa olunub) regional ekoloji təhlükəsizliyi təhlükə altına atmaqda davam edir. Vyanadakı Avstriya Tətbiqi Ekologiya İnstitutun alimi Antonia Wenisch özünün “National Geographic” də dərc olunan məqaləsində Metsamoru “hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” göstərmişdir. Qısa desək, Metsamor hər an partlamağa hazır bombadır.

Biz də fəlakət qurbanlarını hörmətlə anırıq və əlimizdən gələni etməliyik ki, bu təhlükə vaxtında aradan qaldırılsın və yeni faciə baş verməsin.

#NAYORA #GənclərTəşkilatları #Birlikdə