6 ölkənin Milli Şurası ilə birlikdə Bakıda keçirilən seminar davam edir

23 Sentyabr 2022

6 ölkənin Milli Şurası ilə birlikdə Bakıda keçirilən seminar davam edir

6 ölkənin Milli Şurası və onlara üzv olan təşkilatların nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən seminar davam edir.

Proqram çərçivəsində tədbir iştirakçıları Gənclər Təşkilatlarının Resurs Mərkəzinə təhsil səfər edib və AR Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin rəhbəri Faiq Məmmədovla görüş keçirilib.

Həmçinin, növbəti günlərdə iştirakçılar üçün Bakının tarixi yerlərinə infotur təşkil edilib. Daha sonra ölkələrin “Mədəniyyət gecəsi” keçirilib. Bunun sayəsində hər bir ölkə nümayəndəsi öz mədəniyyətini müxtəlif ölkələrin nümayəndələrinə tanıtmaq şansı əldə edib.

Qeyd edək ki, layihə Danimarka Milli Şurasının dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.