Ağdamın mədəniyyət nümunələrini birlikdə tanıyaq

6 Yanvar 2021

Ağdamın mədəniyyət nümunələrini birlikdə tanıyaq

📍Ağdam şəhəri qədim zamanlardan bəri sənətkarlıq nümunələri ilə zəngin olmuşdur. Tanınmış arxeoloq İdeal Nərmanovun 🔹Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamışdılar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş 🔹Leylatəpə və 🔹Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi mənəvi abidələr aşkar edib.

Məşhur Ağdam bazarı eyni zamanda o dövrün zərgərləri ilə də tanınırdı. Zərgərlər sırasında müxtəlif vaxtlarda Sabir, Rüstəm,Yusif, Əmir, Yavər, Mamed, Zahid, Fəxrəddin çalışırdılar. Bu sırada həmçinin saatsaz Davud, Şəmil və Şakir kişinin dərzi dükanı, habelə papaqçılar sırasında müxtəlif illərdə Hüseyn, Zahid, Vahid, Qabil, Həbib, Məşədi Cümşüd, Aydın Sadıqov və İsfəndiyar fəaliyyətdə idi. Dərzi Ağalar, Teymur, Yəhya, Behbud, Bilguşə xanım, Yusif, Ağca, Mürvət, Sərvət, Cabbar, Aslan və Bəylər də bu ərazidə idilər.

#QarabağAzərbaycandır #ZəfərimİZ