Ağdamın tarixi və etnoqrafiyasını yaxından tanıyaq

4 Yanvar 2021

Ağdamın tarixi və etnoqrafiyasını yaxından tanıyaq

📌Bu həftə sizinlə 📍Ağdamı yaxından tanıyacağıq🤩

Azərbaycanın qədim yurdu olan Ağdamın adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Bəzi mənbələrdə Ağdam şəhərinin rəsmi olaraq salınması 1741, bəzilərində isə 1752-ci il kimi qeyd olunmuşdur. Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 23 iyul 1993-cü cü il tarixində Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olmuş, bununla belə Ağdam şəhərinin işğalına son qoyulmuşdur.

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını və bir çox tarixi memarlıq abidələrini qeyd etmək olar.

#QarabağAzərbaycandır #Ağdam