AIESEC Azərbaycan gəncləri "Youth Speak Survey" sorğusunu tamamlamağa çağırır!

15 İyun 2020

AIESEC Azərbaycan gəncləri "Youth Speak Survey" sorğusunu tamamlamağa çağırır!

Son müraciət tarixi: 15 İyun 2020

MÜRACİƏT ET

AIESEC Azərbaycan bütün gəncləri "Youth Speak Survey" sorğusunu doldurmağa çağırır. Bu sorğu nəticəsində gənclərə maraqlı olan gələcək layihələr və digər imkanlar yaradılacaq.

Dünyada 1.8 milyarddan çox gənc var və dünya əhalisinin yarısı hal hazırda 30 yaşdan aşağıdır. Bu, dünyanın indiyə qədər gördüyü ən böyük gənc əhalisidir - sizin səsiniz eşidilməlidir.

YouthSpeak Sorğusu ilə, AIESEC gənclərin kollektiv səsini gənclərə təsir edəcək qərarlar verən fərqli qurumlara çatdırmağı hədəfləyir ki, hamımızın 2030-cu ildə görmək istədiyimiz dünya gənclərlə birlikdə yaradıla bilsin.

Müxtəlif gənclərin fikirindəki tendensiyaları anlamaq üçün cavablarınız digər gənclərin cavabları ilə birləşdiriləcəkdir. Məlumatlarınız anonimləşdiriləcək və yalnız marketinq və tədqiqat məqsədləri üçün əlaqə saxlamağa razılıq verdiyiniz təqdirdə siznən əlaqə saxlanılacaq.