AIESEC Azərbaycan tərəfindən Evdə Qal: Gələcəyini Qur layihəsinə qeydiyyat başladı!

27 May 2020

AIESEC Azərbaycan tərəfindən Evdə Qal: Gələcəyini Qur layihəsinə qeydiyyat başladı!

Son müraciət tarixi: 3 İyun 2020

MÜRACİƏT ET

Əziz gənclər,

AIESEC Azərbaycan #gənclərüçün yeni bir layihə ilə qarşınızdadır!

Əgər sən də özünü evdə inkişaf etdirmək ilə maraqlanırsansa, bizim tədbiri qaçırma🤩

"Gələcəyini Qur" onlayn tədbiri ilə evdə qaldığın müddəti daha keyfiyyətli və səmərəli edəcəyik.

4 gün ərzində gələcəklə əlaqəli düşüncələrini genişləndirmək, karyera məqsədlərinə çatmaq, maliyyə problemlərini həll etmək, özünü və sevdiklərinin sağlamlıqlarının qeydinə qalmaq haqqında peşəkarlardan onların təcrübələrini və fikirlərini öyrənəcəksən.

4-7 iyun tarixində keçiriləcək tədbirdə peşəkarlar tərəfindən panel müzakirələr və təlim sessiyalarında onlayn 🟢 iştirak edib, ünsiyyət qurmaq imkanından da yararlana bilərsən.

Gələcəyini Qur onlayn tədbiri 4 mövzu əsasında baş tutacaq:

☑Panel müzakirələri: Post-pandemik dünya
☑Maliyyə
☑Karyera
☑Sağlamlıq

Tədbirdə də 4 gün iştirak edən şəxslər təşkilatımız tərəfindən imzalanmış sertifikatla təltif olunacaqdır.

Tədbir ödənişsizdir.

Sizi tədbirdə gözləyirik!