AIESEC Azərbaycan tərəfindən Evdə Qal: Gələcəyini Qur layihəsini həyata keçirdi
15 İyun 2020

4-8 iyun tarixlərində AIESEC Azərbaycan və Azərbaycan Beynəlxalq Bankının əməkdaşlığı çərçivəsində "Evdə Qal: Gələcəyini Qur" adı altında tədbir həyata keçirilmişdir.
Bu tədbir çərçivəsində spikerlər 4 müxtəlif mövzu haqqda müzakirələr aparmışdırlar: "Zehni sağlamlıq", "Şəxsi maliyyənin idarə edilməsi", " Pandemiya dövründə karyeranın inkişafı", "Pandemiyadan sonra dünya".
AIESEC təşkilatının onlayn seminarları həyata keçirməsində məqsədi, gənclərin sosial izolyasiya müddətində evdə qalaraq yeni biliklərə yiyələnməsinə dəstək olmaq və tədbirin məqsədi gəncləri post-pandemiyada dünyaya hazırlamaqdır. Vebinarlarımızda öz vaxtlarını sərf edərək, gənclərə kömək olmaq istəyən "Azərbaycan Beynəlxalq Bankı"-nın İnsan Resurslarının İdarəedilməsi Departamentinin Təlim və İnkişaf şöbəsinin müdiri Roman Suleymanova, "Technovate Investments" şirkətinin təsisçisi Fərid İsmayılzadəyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "İnnovasiya və Rəqəmli İnkişaf" şöbəsinin müdiri Rəşad Əzizova, "Azərbaycan Gənclər Fondu"nun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbova, Baki Dövlət Universitetinin Psixoloqiya kafedrasinin müəllimi, PS.Ü.F proqramı üzrə doktorant Mətanət Əliyevaya, "Azərbaycan Beynəlxalq Bankı"-nın Büdcə və Təhsil şöbəsinin müdiri Ceyhun Qarayevə, SOCAQ AQŞ şirkətinin İnsan Kapitalı üzrə meneceri Mədinə Paşayevaya, Paşa Sığorta şirkətinin Bazar araşdırmaları və yeni məhsulların yaradılması üzrə mütəxəssisi Murad Məmmədzadəyə, NAYORA-nın sədri Məryam Məcidovaya və tədbirimizin moderatoru, Vizam.Az"- ın direktoru ," AΙESEC Azərbaycan"-nın məzunu Əhmədiyyə Hacıyeva öz dərin minnətdarlığımızı bildiririk.
Onlayn vebinarlarda 160-dan çox gənc iştirak etmişdir.
Evdə Qal: Gələcəyini Qur layihəsi Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu və edumap.az Təhsil Portalının media dəstəyi ilə həyata keçirildi.