AIESEC Azərbaycanın təşkilatçılığı ilə keçirilən "Skill Up At Home" layihəsi başa çatdı.
6 May 2020

10 aprel - 3 may tarixlərində AIESEC Azərbaycanın təşkilatçılığı ilə peşəkar təlimçilər tərəfindən gənclər üçün keçirilən və bacarıqların inkişafına yönəlmiş "Skills Up at Home" layihəsi başa çatmışdır.
Layihə çərçivəsində müxtəlif mövzuları əhatə edən bir neçə vebinar keçirilmişdir. Onlayn vebinarlar ORKHANWAY Coaching-in təsisçisi Orxan Şahbazın təqdimatında "Şəxsi Brendinq”, “Azerbaijan Design Award”-ın təsisçisi Rəhim İsmayılovun təqdimatında "Qrafik dizayn və vizual kommunikasiya", müəllif və natiqlik bacarığı üzrə kouç Coşqun Kərimovun təqdimatında "Natiqlik və effektiv ünsiyyət" və “Milli Marketinq Forumu”-nun layihə meneceri Sevinc Şabanovanın təqdimatında “Rəqəmsal Marketinq” mövzularında olmuşdur.
Qeyd edək ki, layihə çərçivəsində 270-dən çox gənc vebinarlara qatılaraq fərqli mövzularda biliklər əldə etdilər.
#AIESECAzərbaycan #AIESECinAzerbaijan #withaiesec #aiesecilə #EvdəMən