AIESEC gənclərin idarə etdiyi dünyanın ən böyük qeyri- kommersiya təşkilatıdır

10 Sentyabr 2021

AIESEC gənclərin idarə etdiyi dünyanın ən böyük qeyri- kommersiya təşkilatıdır

AIESEC gənclərin idarə etdiyi dünyanın ən böyük qeyri- kommersiya təşkilatıdır. Təşkilat 1948-yaradılmış gənclər tərəfindən idarə olunan qeyri-hökumət və maddi mənfəəti olmayan təşkilatdır.

Gənclərə liderliyin inkişafı və mədəniyyətlərarası qlobal təcrübə, könüllülər arasında təcrübə mübadiləsi təşkil edən, gənclərə cəmiyyətə müsbət təsir edə biləcək güc qazandıran beynəlxalq bir qeyri-hökumət təşkilatıdır

AIESEC Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası ilə məsləhətçi statuslu bir qeyri-hökumət təşkilatı, BMT DPİ və BMT Baş Katibinin Gənclər üzrə Elçisinin Ofisi, ICMYO üzvü və UNESCO tərəfindən tanınmışdır. Təşkilatın beynəlxalq qərargahı isə Kanadanın ən böyük şəhəri olan Torontoda yerləşir.

AIESEC ailəsinə 110 ölkə və ərazidə təxminən 70.000 üzv daxildir.

"Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyası İctimai Birliyi" eyni zamanda, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şuranın üzvüdür.