Ankara şəhərində ESC könüllülük proqramında iştirak edən könüllülərimiz fəaliyyətlərini yekunlaşdırırlar
2 Sentyabr 2022

Tərəfimizdən Türkiyənin Ankara şəhərində 2 aylıq Avropa Həmrəylik Korpusunun könüllülük proqramında iştirak üçün göndərilən Leyla Babaşova və Xəyal Məhərrəmli artıq fəaliyyətlərini yekunlaşdıraraq geri dönürlər.
Qeyd edək ki, könüllülər 2 ay müddətində müxtəlif mövzular ətrafında (ətraf-mühitin mühafizəsi, iqlim dəyişikliyinin insan həyatına təsiri) vörkşoplar hazırlayıb, danışıq klublarında fəaliyyət göstərib, həmçinin Türkiyənin fərqli şəhərlərində təcrübə imkanı qazanıblar.
Təşkilatçı: System and Generation Association