Aprel döyüşlərinin 7-ci ildönümü münasibəti ilə Vüqar İbadovla görüşümüz baş tutdu

6 Aprel 2023

Aprel döyüşlərinin 7-ci ildönümü münasibəti ilə Vüqar İbadovla görüşümüz baş tutdu

5 aprel tarixində Aprel döyüşlərinin 7-ci ildönümü münasibəti ilə Azərbaycan Fotoqraflar Birliyinin idarə Heyətinin üzvü, Bakı Media Mərkəzinin fotomüxbiri Vüqar İbadovla görüşümüz baş tutdu.

“İnformasiya təhlükəsizliyinin təmin edilməsində vizuallıq göstəriciləri” mövzusunda keçirilən görüş zamanı işğaldan azad olunmuş ərazilərdə düzgün foto çəkilişlərin aparılması, informasiya təhlükəsizliyi baxımından diqqət edilməli məqamlar müzakirə edilib, həmçinin Vüqar İbadov öz təcrübələrini gənclər təşkilatlarının nümayəndələri ilə bölüşüb.

Dəvətimizi qəbul etdiyi üçün Vüqar İbadova təşəkkürümüzü bildiririk.